Xəbər lenti

İki böyük dövlətin generalı görüş yeri üçün niyə Bakını seçiblər? - ŞƏRH
Ölkə17:05 15.02.2017

İki böyük dövlətin generalı görüş yeri üçün niyə Bakını seçiblər? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikanın Azərbaycandakı səfiri Robert Sekutaya “cənab səfir bu gün Cocuq Mərcanlıya niyə getmədiniz” sualını ünvanlasan cavabında deyə bilər ki, “ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda baş tutacaq görüşünün təşkilatı məsələləri ilə məşğul idim”. 

Qaynarinfo.Az  xəbər verir ki bu fikirləri politoloq Elxan Şahinoğlu Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşünü şərh edərkən deyib.

Elxan Şahinoğlu bildirib ki, eyni məntiqlə Rusiyanın Azərbaycandakı səfiri də amerikalı həmkarı kimi generalların görüşünün təşkili ilə məşğul olmalı idi: 

"Ancaq Rusiya səfiri amerikalı həmkarından fərqli olaraq Cocuq Mərcanlıya getdi. Doğrudur, bu səfərlə Rusiyanın Dağlıq Qarabağ münaqişənin həllinə baxışı dəyişən deyil. Hər halda Rusiya səfiri öz borcunu yerinə yetirdi".

Amerika və Rusiya baş qərargah rəisləri niyə məhz Bakıda görüşməyə qərar veriblər? 

Politoloqun fikrincə, bu lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir: "Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az