Dünya 13:15 28.01.2023

İki il sonra ABŞ - Çin müharibəsi olacaq... - General tabeliyində olanlara çağırış etdi

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb.
 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

"Ümid edirəm, yanılıram. İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, - sənəddə deyilir. Memorandumun həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri təsdiqləyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edib Tayvana nəzarəti bərqərar etmək üçün əməliyyat keçirə bilər.
Minixan öz tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.
 
Alpər