Xəbər lenti

İki nazir Qənimət Zahidi məhkəməyə verdi
Ölkə13:57 06.03.2013

İki nazir Qənimət Zahidi məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar. 

Qaynar.İnfo xəbər verir ki, bu barədə Teleqraf.az-a  Yasamal rayon Məhkəməsindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb “Azadlıq” qəzetində dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı məqalədir.

Mənbə bildirib ki, fövqəladə hallar naziri K.Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 maddəsilə, daxili işlər naziri Ramil Usubov isə 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Məhkəmədə nazirlərin müdafiəçisi kimi vəkil Əlirza Həbilov çıxış edəcək.

Mənbə onu da əlavə edib ki, bildiriş sənədləri yaxın günlərdə “Azadlıq” qəzetinə göndəriləcək.

Qaynar.info