
Azərbaycanda iki nəfər suda boğularaq ölüb.
Qaynar.info DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Seymur İsmayılov iyulun 15-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki dəniz çimərliyində çimərkən boğulub.
Həmçinin ötən gün Tərtər rayonunun Evoğlu kəndində suda boğulma faktı qeydə alınıb. Rayonun Ələsgərli kənd sakini Ayxan Bağırzadə su kanalında çimərkən boğulub.
Hər iki şəxsin cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qaynar.info