Xəbər lenti

İki para-atletimiz Tunisdə qızıl medal qazandı
İdman06:08 28.06.2022

İki para-atletimiz Tunisdə qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Məhərrəm Qasımov Tunis Qran-Prisində (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub.
Komitədən Qaynarinfo-ya verilən məlumata görə Qasımov bununla da Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.
Azərbaycanın atletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov da (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
Səbuhi Həsənov