Xəbər lenti

İki rayonda qaz təchizatı dayandırılır
Ölkə06:29 09.08.2019

İki rayonda qaz təchizatı dayandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qaz İxrac” İdarəsinin balansında olan "Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır. Saat 14:00-dan etibarən işlər başa çatanadək isə Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.