Ekonomiks 09:36 09.08.2022

İki rəis işdən çıxarıldı

"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin 2022-2023-cü illər payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair keçirilən müşavirəsində bildirilib.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.