Tallin şəhərində keçirilən taekvondo üzrə avropa birinciliyində yeniyetmələr arasında yarışda, millimizin iki üzvü artıq medala sahib olub.
Qaynarinfo xəbər verir ki, ikinci yarış günündə 65 kq çəki dərəcəsində Hüseyn Xudiyev Kosova və Belaruslu idmançıya qalib gələrək finala yüksəlib. Finalda Ukrayna təmsilçisinə məğlub olan Xudiyev yarışın gümüş medalını qazanıb.
Digər yeniyetmə qız taekvondoçumuz Zəhra İsayeva (29 kq) Serbiyalı idmançıya qalib gəlsə də yarımfinalda Macarıstalı rəqibinə məğlub olub. Zəhra yarışı bürünc medalla başa vurub.
Səbuhi Həsənov