Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) ümumi büdcəsinin bir hissəsini kredit və qrantlar təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev məlumat verib. Onun sözlərinə görə, ilin sonunadək layihəyə ümumilikdə 2 milyon manata qədər vəsait ayrılacaq:
""AMAL" pilot xarakterli layihədir. Layihə çərçivəsində yaşıl ideası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması nəzərdə tutulub. Götürülən kreditlərin illik faiz dərəcəsi isə 5% olacaq".
Çingiz Səfərli