Xəbər lenti

İlanlar evə hücum etdi - Ağcabədidə
Ölkə14:40 26.04.2015

İlanlar evə hücum etdi - Ağcabədidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb. Qaynar.info report-a istinadən xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.
Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.
“Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb”, - deyə M.Aslanov bildirib.
Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.
Qaynar.info