
Azərbaycan Respublikası prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan 2 beynəlxalq idman federasiyasının rəhbərini qəbul edib.
Qaynarinfo.Az xəbər verir ki, ölkə başçısı əvvəlcə Avropa Voleybol Konfederasiyasının serb prezidenti Aleksandar Boriçiçlə görüşüb.
İlham Əliyev daha sonra Beynəlxalq Kanoe Federasiyasının (BKF) ispan prezidenti Xose Perurena Lopesi qəbul edib.
Qeyd edək ki, Bakıda bu gün saat 15:30-da Dərnəgül Voleybol Mərkəzində gələn il Azərbaycan və Gürcüstanda keçiriləcək voleybol üzrə Avropa çempionatının rəsmi 3 tərəfli müqaviləsi imzalanacaq. Sabah isə Bakıda ilk dəfə BKF-nın XXXVI Konqresi keçiriləcək və burda bu quruma prezident seçkisi baş tutacaq.
Qaynarinfo.Az