
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci ildekabrın 24-də-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdəBakıda orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət BeynəlxalqƏlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonrainstitutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiyamüdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundamüəllim işləyib. 1991-1994- cü illərdə özəl biznez sahəsindəçalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası DövlətNeft Şirkətinin vitse-prezidenti, sonra isə sonra isə birincivitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyatakeçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair birsıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə- 1995 və 2000-ci illərdə Milli Məclisə seçilib. 2003-cü ildəAzərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi iləəlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görəBeynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildəsədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycannümayəndə heyətinin rəhbəri olub.2003-cü ilin yanvarında Avropa ŞurasıParlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropaideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalıilə təltif edilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Republikasının Prezidenti seçilib.Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinəsəs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
Beş il sonra, 2008-ci ildə yenidən prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
Rus, ingilis, fransız və türk dillərini bilir.
Ailəlidir. Üç övladı, 3 nəvəsi var.
Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlaraşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (AzərbaycanRespublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacımükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral ƏbdüləzizOrdeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “ŞərəfLegionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (AzərbaycanRespublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy SerqiyRadonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni(Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman TəşkilatlarınınBeynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ənyüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə”Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni(Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstanparlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli OyunlarHərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri”dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya),“İsmoili Somoni” ordeni (Tacikistan).
Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət BeynəlxalqMünasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov - AvrasiyaMilli Universitetin Professoru (Qazaxıstan), Bilkənt UniversitetininFəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru(Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya),Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru(Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya),İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), KorvinusUniversitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan),M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru(Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli UniversitetininFəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan DövlətUniversitetinin Fəxri professoru (Türkmənistan Respublikası), BakıDövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus DövlətUniversitetinin Fəxri professoru (Belarus Respublikası), AnkaraUniversitetinin Fəxri dokrotu (Türkiyə), Çukurova Universitetinin FəxriDoktoru (Türkiyə).








































