Xəbər lenti

İlham Əliyev: "Biz ili uğurla başa vururuq"
Ekonomiks11:54 15.12.2017

İlham Əliyev: "Biz ili uğurla başa vururuq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir". 
Qaynarinfo xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində çıxışı zamanı bildirib. 
"Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir", - dövlət başçısı qeyd edib.