Xəbər lenti

İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI
Ölkə12:43 27.05.2016

İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: 
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Ramiz Mahmud oğlu Məmmədov - "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə
Elbrus Kərim oğlu Əlizadə
Məhərrəm Səməd oğlu Həsənov
Zakir Namin oğlu Eminov
Ədəbiyyat sahəsi üzrə
Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.
Qaynarinfo.az