Xəbər lenti

İlham Əliyev Davudoğlunu təbrik etdi
Ölkə10:19 08.06.2015

İlham Əliyev Davudoğlunu təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluna təbrik məktubu göndərib.

Qaynar.info-nun məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.

Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm".

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri keçirilib. Türkiyə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs veriblər. Hazırki nəticələrə əsasən, AKP 40.85%, CHP 24,96%, MHP 16,28%, HDP 13.11%, Digər 4,8% səs yığıb.

Qaynar.info