Xəbər lenti

İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
Ölkə11:25 06.03.2019

İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Fazil Qurbanovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət” ordeni ilə təltif edilib.
Tibb elmləri doktoru, professor Fazil Qurbanov AMEA-nın həqiqi üzvüdür. Alim və praktik cərrah kimi yemək borusu, mədə və onikibarmaq bağırsağın həzm orqanlarının operativ və konservativ müalicəsi ilə bağlı ən müasir metodikaların tətbiq edilməsinə nail olub.