Xəbər lenti

İlham Əliyev iki fərmanda dəyişiklik etdi
Ekonomiks11:25 01.06.2024

İlham Əliyev iki fərmanda dəyişiklik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qaynarinfo bildirir ki, fərmana əsasən, "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmanın 1-3-cü və 8-ci hissələri ləğv edilib.
"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında" fərmanın 1.1.5-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunub və 1.2-ci bəndi ləğv edilib.
Bu fərman 2024-cü il iyunun 3-dən qüvvəyə minir.