Xəbər lenti

İlham Əliyev məşəli qəbul etdi - FOTOLAR
İdman18:33 07.06.2015

İlham Əliyev məşəli qəbul etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. I Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.
Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.
Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında prezident İlham Əliyev qəbul edib. İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.
Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb. İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.
Daha sonra məşəlin daşınması prosesində Azərbaycanın xalq artististləri İlhamə Quliyeva, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar,Canəli Əkbərov, Aygün Bayramova, Nəzakət Teymurova, Aygün Kazımova, "Eurovision" təmsilçilərimiz Səbinə Babayeva, Dilarə Kazımova iştirak edib. 
Qaynar.info