Xəbər lenti

İlham Əliyev Nazarbayevə orden verdi - SƏRƏNCAM
Ölkə10:56 03.04.2017

İlham Əliyev Nazarbayevə orden verdi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Qaynar" xəbər verir ki, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim edib.
Qaynar.Az