Xəbər lenti

İlham Əliyev Putinə niyə zəng edib? - Ekspert
Siyasət08:35 15.02.2023

İlham Əliyev Putinə niyə zəng edib? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hansısa kənar geosiyasi oyunçu ilə Qarabağın statusu məsələsində müzakirəyə açıq deyilik”. 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib:
"Ermənistan Azərbaycan münasibətlərinin normallaşması prosesində moderator məsələsində müxtəlif gəlişmələr var. Fransa və ABŞ-ın prosesdə aktivləşmək cəhdləri vəziyyəti gərginləşdirib. Avropa İttifaqı missiyasının Ermənistan sərhədində yerləşdirilməsi Kremli qıcıqlandırıb. Çünki bu, Kremlə görə Rusiyanın təhlükəsizliyini təhdid edir. Bu müstəvidə Rusiyada İrəvana qarşı sərt çıxışlar səsləndi və ondan "ağıllı” olması tələb edildi. Hətta Rusiya özündə cəsarət taparaq bildirib ki, etiraz olmasa, KTMT yaxın günlərdə Ermənsitan-Azərbaycan sərhədinə yerləşə bilər. Bu isə nə Azərbaycan, nə də Ermənistan tərəfindən heç bir halda qəbul olunmur. 
İrəvan KTMT-dən uzaqlaşmaq yolunu seçib. İrəvan bu müstəvidə Qarabağda yaşayan ermənilərin təhlükəsizlik və hüquqi təminatı məsələsini beynəlxalq səviyyəyə qaldırmaq istəyir. Azərbaycan isə prosesin bölgə dövlətlərinin, Gürcüstan, Rusiya və Türkiyənin vasitəçiliyilə həllində maraqlıdır. Moskva da ümumən bunu təqdir edib. Amma şimal ölkəsi onunla kifayətlənməyərək, əsas moderator yenə də özünün olmasında israrlıdır. Təhlükəsizliyi təhdid edən Qərbin bölgəmizi bu şəkildə şəkilləndirməyə çalışması Bakını da qane etmir. Burada Fransa aktivləşmək istəyir. Hətta Vaşinqton da da Qarabağ ermənilərinə hansısa statusun tanınmasını istəyir. Bu variant Bakının maraqlarına cavab vermir. Azərbaycan çalışır ki, Qarabağ məsələsi ölkəmizin daxili işi kimi həll olunsun və bölgəyə merkantik, imperalist maraqlar güdən kənar qüvvələr gəlməsin. Hansısa geosiyasi oyunçu ilə Qarabağın statusu məsələsilə bağlı müzakirəyə açıq deyilik və açıq olmayacağıq. Hesab edirəm ki, İlham Əliyevin Putinlə telefon danışığında bu mövqe bir daha diqqətə çatdırılıb”. 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti z zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub. Cənubi Qafqaz  regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan  sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu  kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. 
Rüfət Sultan