Xəbər lenti

İlham Əliyev: "Böyük qürur hissi ilə deyə bilərəm ki" - FOTOLAR
Ölkə05:38 21.09.2013

İlham Əliyev: "Böyük qürur hissi ilə deyə bilərəm ki" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olub.

Qaynar.info-nun preizdentin rəsmi saytına istinadə məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə geniş çıxış edib. Bu günün çox əlamətdar bir gün olduğunu deyən ölkə prezidenti, "Biz Bakıda yeni gəmiqayırma zavodunun açılışına toplaşmışıq. Ancaq bundan əvvəl mən bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün neftçilərin peşə bayramıdır. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycanın inkişafında çox mühüm rol oynamışlar. Müstəqil Azərbaycanda neftçilərin fəaliyyəti təqdirəlayiqdir. Neftçilərin zəhməti, istedadı hesabına bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir".

Prezident İlham Əliyev bildirib ki, neft sənayesi bütün dövrlərdə Azərbaycanda aparıcı sahə olmuşdur, o cümlədən bu gün də belədir: "Əlbəttə, biz çalışırıq ki, iqtisadiyyatımızı neft amilindən daha da az asılı vəziyyətə gətirək. Ancaq neft sənayesinin inkişafı, Azərbaycanda neft-qaz əməliyyatlarının uğurla aparılması ölkəmizin potensialını böyük dərəcədə gücləndirir. Ona görə, bu fürsətdən istifadə edərək mən Neft Şirkətinin bütün əməkdaşlarını, bütün Azərbaycan neftçilərini bu gözəl bayram münasibətilə bir daha təbrik etmək istəyirəm".

"Həyatımın müəyyən hissəsi - doqquz ili Dövlət Neft Şirkətində keçmişdir. Böyük qürur hissi ilə deyə bilərəm ki, mən də neftçilərin arasında işləmişəm. Biz Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində birgə səylərlə işləmişik və böyük uğurlara imza atmışıq" - deyən Azərbaycan prezidenti bu günün eyni zamanda, tarixi gün olduğunu da qeyd edi: "Ona görə ki, 19 il bundan əvvəl “Əsrin kontraktı” imzalanmışdır. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanda yeni neft strategiyasının icra edilməsində atılmış ən önəmli addımdır. Heydər Əliyev neft strategiyasının formalaşmasında “Əsrin kontraktı”nın xüsusi yeri vardır. Bu gün Azərbaycanı müasir neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin qərarı ilə neft strategiyamız başlamasa idi, bu gün ölkəmizin inkişafı tam başqa istiqamətdə ola bilərdi. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, ölkəmiz, xalqımız üçün həlledici anlarda Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmiş və Azərbaycanı böyük bəlalardan, fəlakətlərdən qurtara bilmişdir. Çünki müstəqilliyimizin ilk illəri çox ağır keçirdi. Ölkədə total böhran hökm sürürdü. O vaxtkı hakimiyyət demək olar ki, öz vəzifə borcunu yerinə yetirə bilmirdi, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdi. Demək olar ki, Azərbaycan dağılmaq ərəfəsində idi, vətəndaş müharibəsi başlamışdı. Vətəndaş müharibəsini başlamış antimilli iqtidar qorxub qaçaraq demək olar ki, Azərbaycanı başsız qoymuşdu. Heydər Əliyevin müdrikliyi, cəsarəti, qətiyyəti, xalqın ona olan inamı O vaxt ən ağır anlarda bizə imkan verdi ki, bütün xoşagəlməz hallara son qoyaq və Azərbaycanı inkişaf yoluna çıxara bilək".

O gündən bu günə qədər Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını söyləyən ölkə prezidenti qeyd edib ki, biz bu il Qurtuluş Gününün 20-ci ildönümünü qeyd edərək bir daha bütün bu tarixi məqamları nəzərdən keçirdik: "Bugünkü müstəqil Azərbaycanın uğurlu inkişafının təməli məhz 20 il bundan əvvəl qoyulmuşdur. Ona görə “Əsrin kontraktı”nın ölkəmizdə gedən bütün iqtisadi islahatların sürətləndirilməsi üçün xüsusi yeri olmuşdur. Fürsətdən istifadə edərək bizimlə bərabər 19 il ərzində çalışan xarici neft şirkətlərini də buradan salamlamaq istəyirəm. Onların investisiyaları, onların Azərbaycana olan sədaqəti və yaranmış gözəl əməkdaşlıq mühiti bax, bugünkü reallıqları şərtləndirdi. Bu gün biz yeni beynəlxalq əməkdaşlıq layihəsinin başlanmasını qeyd edirik. Azərbaycanda gəmiqayırma zavodunun yaradılması da beynəlxalq əməkdaşlıq nəticəsində mümkün olmuşdur. Burada həm Azərbaycan tərəfi, həm Sinqapurun “Keppel” şirkəti birgə fəaliyyət göstərirlər. Zavodun tikintisində xarici mütəxəssislər iştirak etmişlər. Burada quraşdırılan avadanlıq aparıcı xarici şirkətlərin istehsalıdır və pay bölgüsü də 90 faiz Azərbaycanın, 10 faiz “Keppel” şirkətinin üzərinə düşür. Bütün operatorluq işi Sinqapurun “Keppel” şirkətinə həvalə edilib. Bu da hesab edirəm ki, beynəlxalq əməkdaşlığın gözəl təzahürüdür, yeni formasıdır. Keçən il mənim Sinqapura rəsmi səfərim zamanı gəmiqayırma zavodunun tikintisi də müzakirə edilmişdir".

Qaynar.info