Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Q. Qurbanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Qaynar.info Prezidentin rəsmi saytına istinadla bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mübariz Qəhrəman oglu Qurbanlı “Şöhrət” ordeni ilə təltif edilsin".
Qaynar.info