Xəbər lenti

İlham Əliyev səfiri qəbul etdi
Ölkə12:05 06.09.2013

İlham Əliyev səfiri qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidenti İlham Əliyev sentyabrın 6-da İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən prezident gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Öz növbəsində, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirən Adel Mohammad Adaileh ölkəmizdə çalışdığı dövrdə sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycanla İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Qaynar.info