Xəbər lenti

İlham Əliyev SOFAZ və DSMF-in büdcələrini təsdiqlədi
Ölkə06:14 20.12.2013

İlham Əliyev SOFAZ və DSMF-in büdcələrini təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” fərman imzalayıb.

Qaynar.info
APA-ya istinadən xəbər verir ki, fərmana əsasən SOFAZ-ın 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri 11 349 934,8 min manat məbləğində təsdiq edilib.

Prezident “2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib.

SOFAZ-a bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan başqa, prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilib.

Hər iki Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qaynar.info