Siyasət 13:25 21.05.2023

İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş prezidentinə başsağlığı veriblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik".