Xəbər lenti

İlham Əliyev: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
Ölkə 21:25 25.09.2025

İlham Əliyev: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

Dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->