Xəbər lenti

İlham Əliyev: Yeni "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanacaq
Ekonomiks10:25 29.01.2018

İlham Əliyev: Yeni "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda Dördüncü "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın hazırlanması ilə bağlı işlərə başlanılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.
"Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib" deyə, dövlət başçısı əlavə edib.
Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb: "Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.