
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Bünyad Səməd oğlu Hüseynovu Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri edib.
Qeyd edək ki, B.Hüseynov bu vəzifəyə təyinatadək Azərbaycan Xarici İşlər Nazirliyində Yaxın və Orta Şərq İdarəsinin rəis müavini işləyirdi.
Qaynar.info