Foto 23:25 12.10.2020

İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım (FOTO)

"Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür".

Qaynarinfo xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Tvitter" səhifəsində etdiyi paylaşımda yer alıb. 

Prezidentin daha bir paylaşımı işğaldan azad olunan torpaqlardakı gələcək planlarla bağlı olub:

"Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".