MTN-in sabiq əməkdaşı İlham İsmayılın bacısı oğlu Teymur Köçərli koronavirusdan ölməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə İlham İsmayılın bacısı Bəsti İsmayılova məlumat verib:
"Allah ölənlərinizə rəhmət eləsin. Hələ dəfn etməmişik ölümüzü... Amma yanlışlıq var, koronavirusdan ölməyib... Ağır çəkisi vardı, ürəktutmadan öldü. Beynəlxalq Avtovağzalda çalışırdı".
Qeyd edək ki, mediada gedən xəbərlərdə mərhumun koronavirusdan öldüyü bildirilmişdi.
Bahar Rüstəmli