
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Azərbaycan bayraqdarı İlham Zəkiyev mərasimə sürpriz geyimdə çıxıb.
Qaynarinfo.Az-ın məlumatına görə, cüdoçu parada milli geyimdə qatılıb.
Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 6 idman növündə 24 idmançı ilə təmsil olunacaq.
Qaynarinfo.Az