Xəbər lenti

İlk onluğun sərvəti koronavirusa rəğmən 76 milyard dollar artdı
Ekonomiks14:35 30.04.2020

İlk onluğun sərvəti koronavirusa rəğmən 76 milyard dollar artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən zəngin 10 insanının sərvəti koronavirus pandemiyasının iqtisadiyyat üzərindəki mənfi təsirlərinə baxmayaraq 76 milyard dollar artıb.
Qaynarinfo xəbər verir ki, Forbes dərgisinin 5 mart 2019 və 22 aprel 2020 tarixləri arasındakı rəqəmlərə əsasən siyahının ilk 10-luğunda qərarlaşan insanlar pandemiyadan zərər görməyiblər. Həmçinin bu şəxslərin çoxunun başladılan yardım kampaniyalarına qoşulmamaları da diqqət çəkib.
Adı forbesin siyahısında olan milyarderlərdən ən çox yardım ayıran Tvitter platformasının baş direktoru Cek Dorsi olub. O, 4 milyard dollarlıq sərvətinin 25,6 faizini, yəni 1 milyard dollarını koronavirusla mübarizəyə dəstək üçün xərclyib.
Siyahıda ikinci şəxs isə son 1 ildə sərvətini 7,1 milyard dollar artıraraq 104 milyarda çatdıran Bil Qeyts olub. O isə yardım kampaniyalarına 255 milyon dollar bağışlayıb.
Dünyanın ən zəngin adamı olan Amazon şirkətinin rəhbəri Cef Bezos isə yardım siyahısında 5-ci olub. O, sərvətinin 100 milyon dollarını xeyriyyə işi üçün xərcləyib.
Camal