Xəbər lenti

İlk topu - donuzun sidik kisəsi… (FOTOLAR)
İdman11:27 13.05.2013

İlk topu - donuzun sidik kisəsi… (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfsanəvi oyunçu Haginin ömür yolu

HAGİ ADININ MƏNASI


Makedoniya tarixində Hagi adını sadəcə Müqəddəs Dağı ziyarət edənlər daşıyırdı. Osmanlılardan alınan “Hagi” və ya  “Hagiu” sözlüyü, Makedonlarda öyünməyə layiq olan adama deyilirdi. Haginin babalarından biri Müqəddəs Dağı ziyarət etdiyi üçün ailənin adı itirilmiş, Hagi adı deyə xatırlanmışdır.

İLK TOPU “DONUZUN SİDİK KİSƏSİ”

Georgi Hagi 1965-ci il fevralın 5-də Makedoniyaya köçmüş kasıb bir ailədə dünyaya göz açıb. İki dəfə köç etmək məcburiyyətində qalan bir Makedon ailəsinin uşağı olan Hagi yoxsul bir uşaqlıq həyatı keçirmişdir. Onun futbol tarixçəsi də çox qəribədir: kənddə doğulmuş, palçığın içində, ayaqyalın bir topun arxasınca qaçaraq futbola başlamışdır.

Ailənin dördüncü uşağı olan Hagi futbola çox çətinliklərlə gəlib. Ona babasının və doqquz aylıq ikən ölən qardaşının adı verildi, amma hər kəs ailədə Georgi yerinə, qısaca Gica deyirdi. Gicanın ilk topu babasının kəsdiyi donuzun yuyub təmizlədikdən sonra şişirdib qurutduğu sidik kisəsi idi.

Dörd yaşında bir az da inkişaf edən balaca Hagi nənəsinin düzəltdiyi parça topun arxasınca qaçmağa başladı. 6 yaşında ikən anasının kənddən gətirdiyi ilk gerçək topuna sahib olub. Kədərli uşaqlıqlıq illərində Hagi ilk dəfə sevindirən bu həqiqi top idi.

 TƏLƏBƏ HAGİ

1975-ci ildə məşqçi Bükössinin himayəsinə keçən Hagi yaşı çatmadğı üçün ilk rəsmi turniri üçün 1976-cı ildəki İzcilər Klubları arasında Köstencede təşkil edilən uşaq turnirinə qədər gözləməli oldu. 24 mart 1978-ci ildə Köstence klubunun üzvü və 13 yaşında isə rəsmi olaraq futbolçu oldu.

Hagi artıq yüksəlişdə idi. Zaman keçdikcə səviyyəsini artırırdı. Həm öz klubunda, həm də uşaq milli komandasında möcüzələr yaradırdı. Məktəbdə oxuduğu vaxtlarda futbola davam edirdi və mükəmməl oyun stili ilə diqqətləri özünə çəkirdi. Artıq birinci divizya klubları Hagi ilə maraqlanırdı. Hətta bəziləri onu transfer etmək istəyirdilər.

Hagi artıq gənc tələbə idi. O, Rumıniyada Çauşesku ailəsinin hökm sürdüyü diktator dövründə yetişmişdi. Əvvəlcə univesitet komandası “Universitatea Kraiova” klubu ilə sözləşmə imzaladı. Daha sonra Kraiova Universitetində İqtisadiyyat fakültəsinə qəbul olundu. Bu klubda da gözəl oyunları ilə azarkeşlərin rəğbətini qazanan Haginin “elçiləri” çoxalırdı. Ancaq bu klublar arasında Hagini daha çox istəyən Rumıniyanın məşhur və nəhəng klubu “Steau Buxarest” komandası idi. Uzun söz-söhbətdən sonra Hagi rəsmən “Steaulu” oldu və o vaxtın əfsanə “Steau Buxarest”i şəkillənməyə başladı. Təbii ki, burada Haginin gəlişi də böyük sevincə səbəb oldu.

İLK MİLLİ OYUN - LUÇESKU VƏ İSTANBUL...

1983-cü ilin əvvəllərində milli komandanın məşqçisi Mirça Luçesku Hagini kampa çağırdı. Rumıniya milli komandası ilə 29 yanvarda yoldaşlıq oyunu üçün ilk dəfə İstanbula səfər etdi. İllər sonra Luçeskuyla İstanbulda görüşəcəyini bilmədən oyunu ehtiyat oyunçular skamyasından seyr etmişdi.

NƏ “BARSA”DA, NƏ DƏ “REAL”DA...

“Steau Buxarest”dən sonra onu bu dəfə dünyanın nəhəng bir klubu transfer etdi. Bu komanda kral klubu “Real Madrid” oldu. Bir çox Avropa klubları Hagini istəsələr də o, “Real Madrid”i seçmişdir. Hagi bu komandada gözlənilən oyunu sərgiləmədi. Bir neçə aydan sonra digər bir ispan klubu olan “Barselona”ya transfer olundu.
 
1994-cü ildə “Barselona” ilə müqavilə imzalayan Haginin işi heç də asan deyildi. Kataloniya klubunda xarici futbolçular içində Stoikov, Romario və Ronald Koemanla yarışması lazım gəlirdi. “Barselona”nın baş məçqçisi Johann Kruyff  tərəfindən bəyənilməyən Hagi burada da istədiyini tapa bilmədir və “Barsa”da son oyununu 1996-cı ildə keçirdi.

YA MEKSİKA, YA TÜRKİYƏ…

“Barselona macərası”ndan sonra bir müddət dincəlmək istəyən Hagi, 31 yaşında olmasına baxmayaraq, Avropa klublarında oynamaq istəyirdi. Meneceri Becali Hagiyə “Meksikada oynamaq istəyərsənmi?” sualı onda böyük xəyal qırıqlığı yaradır. Daha sonra isə Türkiyədən bir komandanın, “Qalatasaray”ın təklifini qəbul edir və “Cim-bom”la 3 illik sözləşmə imzalayır.

UNUDULMAZ “QALATASARAY” İLLƏRİ

  

Johan Cruyffla ulduzu barışmayan Hagi 1996-cı ildə Avropa Futbol Çempionatı sonrası Fatih Terimin istəyi ilə 31 yaşında “Qalatasaray” ilə müqavilə  imzaladı. Müqavilədən sonra tənqidlərə məruz qalan “Qalatasaray” klubunun fəryadına göstərdiyi üstün performansla cavab verən Hagi Qalatasarayda beş mövsüm forma geyindi.

O, kariyeri ərzində ən çox meydana çıxdığı və ikinci dəfə çoxlu qollarla yadda qaldığı komanda “Qalatasaray” oldu. Tərəfli-tərəfsiz hər kəsin məhəbbətini qazanan Hagi məşhur 10 nömrəsi ilə diqqət çəkirdi. Bundan əlavə, oyunlarda göstərdiyi sərt, dəqiq hərəkətlər və cərimə zərbəsindən vurduğu gözəl qollarla “Qalatasaray” azarkeşlərinin unudulmazları arasına daxil ola bildi.


Vurduğu qollar sonrasında “Qalatasaray” tribunaları “I Love You Hagi” deyə bağırardılar. Türkiyə liqasında bir neçə dəfə çempionluqlar görən Hagi, 2000 və 2001-ci illərdə Qalatasarayla Uefa və Uefa Super kubokunu qazanmışdır. Bunlar Haginin həyatının ən unudulmaz anları kimi tarixə keçmişdir.

Georgi Hagi 2000-2001-ci il mövsümünün sonunda Qalatasaraydan 36 yaşında ayrıldı və futbolu buraxdığını bildirdi. Futbola “əlvida” dedikdən sonra bir çox mükafatlara layiq görüldü, 2004- cü ildə Pelenin təşkil etdiyi “100 ən yaxşı furbolçu” arasına daxil oldu, 2007-ci ildə Ruminyanın “ən böyük futbol əfsanəsi” elan edildi…

BAŞ MƏŞQÇİ KİMİ UĞURSUZLUQ

Meydanlardan uzaq düşdükdən sonra Rumıniya milli komandasına baş məşçi olaraq gətirilən Georgi Hagi burada istədiyini edə bilmədi və bir müddət futboldan kənarlaşdı. Daha sonra Türkiyə Super liqa klublarından “Bursaspor”a baş məşçilik etdi, ancaq bura da alışa bilməyən və sistem yarada bilməyən  Hagi mövsümün sonunda istefaya göndərildi və bir neçə aydan sonra “Qalatasaray”ın baş məqçisi Fatih Terimin istefası ilə bura gətirildi.

Bir neçə il əvvəl tər tökdüyü “Qalatasaray” üçün bu səfər baş məşçi kimi tər tökməli idi. Heç yerdə məşqçi kimi uğur qazana bilməyən Hagi yenə uğuru “Qalatasaray”da tapdı. Belə ki, o “Cim-bom”a Türkiyə kubokunu qazandırdı. “Qalatasaray”dan sonra Rumıniya  klublarından “Politexnika Timişora” və “Steau Buxarest” komandalarında baş məşqçilik vəzifəsini icra etdi.

SON

Georgi Hagi heç bir klubda uğur qazana bilmədi, amma “Qalatasaray”da inanılmaz çempionluqlar yaşadı. Türkiyənin gəlmiş-keçmiş ən yaxşı legioner oyunçusu olduğu şübhəsizdir. Çünki vurduğu sərbəst zərbələr, zərif keçidləri, oyundakı çılğınlıqları, öldürücü topları, dayanıqlığı və insanlığı dünyanın hər yanındakı “Qalatasaray” azarkeşlərinin ağlında və qəlbində yaşamaqdadır. Bu gün Qalatasaray Muzeyinin divarlarında asılı qalan iki 10 nömrədən biri Georgi Hagiyə, digəri isə Mətin Oktaya aiddir.

Oğuz Ayvaz
Qaynar.info