Xəbər lenti

İllər sonra Maradona tunisli hakimdən üzr istədi
İdman11:03 18.08.2015

İllər sonra Maradona tunisli hakimdən üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona 1986-cı ildəki dünya çempionatında İngiltərə - Argentina oyununu idarə etmiş hakimi "əbədi dost" adlandırıb.
Qaynar.info xəbər verir ki, əfsanəvi futbolçu bu barədə öz "Facebook" səhifəsində qeyd edib: "Bu istirahət günlərində mən Tunisə getdim. Orda 1986-cı ildə Meksikada bizim İngiltərə ilə matçımızı idarə etmiş Ali Bennaserlə görüşdüm. Mən ona Argentina yığmasının formasını verdim, o isə mənə evindən asdığı bu oyunun fotosunu hədiyyə etdi. Hədiyyəmin altında belə yazdım: "Aliyə, mənim əbədi dostuma".
Xatırladaq ki, bu matç mundialın 1/4 final matçı olub və Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu Maradona əli ilə vurub və baş hakim olan Ali Bennaser bunu görmədiyindən, qolu hesaba alıb. Daha sonra Maradona bu haqda danışarkən əlini "Allahın əli" kimi qələmə verib. Argentina yarımfinalda Belçikaya (2:0) və finalda AFR-ə (3:2) qalib gəlməklə 2-ci dəfə dünya çempionu olub.
Qaynar.info