Xəbər lenti

Dünya 15:18 21.04.2024

İlon Mask Ukraynaya 61 milyardlıq yardım haqqında: "Əbədi bir müharibə..."

Amerikalı milyarder İlon Mask ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təqribən 61 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsinin təsdiqini şərh edib. 

Qaynarinfo xəbər verir ki, milyarder sahibi olduğu X şəbəkəsində (keçmiş "Twitter") Ukraynaya yardımın davam etdirilməsinə tərəfdar olmayan iş adamı Devid Saksın yazısına cavab yazıb.

"Mənim ən böyük narahatlığım odur ki, çıxış strategiyası yoxdur, sadəcə olaraq uşaqların səngərlərdə artilleriyadan və ya minalanmış ərazilərdə pulemyot və snayperləri yenidən dolduraraq öldüyü əbədi bir müharibədir", deyə Mask qeyd edib.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasında (Konqresin aşağı palatası) 311 konqresmen Ukraynaya təxminən 61 milyard dollar məbləğində dəstək haqqında qanun layihəsinin təsdiqini dəstəkləyib.

Sənəd bundan sonra Senatda (Konqresin yuxarı palatası) nəzərdən keçirilməli və daha sonra Nümayəndələr Palatasında səsvermə haqqında müsbət fikir bildirən ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır. ABŞ Senatı qanun layihəsinə 23 aprel 2024-cü il tatixdə baxacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->