Xəbər lenti

İlqar Məmmədov Ali Məhkəməyə şikayət etdi
Ölkə11:50 23.09.2013

İlqar Məmmədov Ali Məhkəməyə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 23-də REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə şikayət verib.

“Media forum” saytına danışan vəkil Xalid Bağırov belə deyib.

Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib, minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib.

Qaynar.info