Bu gün Nəsimi Rayon Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin girov müqabilində digər cəza növü ilə dəyişdirilməsi barədə verdiyi vəsatətə baxılıb. Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin olunmayıb.