Xəbər lenti

“Şimal axını 2”nin işə salınması Rus qazı qarşısında ağ bayraq qaldırmaqdır”
Ekonomiks05:44 22.07.2022

“Şimal axını 2”nin işə salınması Rus qazı qarşısında ağ bayraq qaldırmaqdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vitse-kansler, Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek hətta yanacaq böhranı şəraitində belə Şimal axını 2 boru kəmərinin istifadəyə verilməsinin qəti əleyhinədir.
Onun fikrincə, Avropa İttifaqının və xüsusilə Almaniyanın Rusiya qazından asılılığını artıran belə bir qərar "ağ bayrağın qaldırılması” – kapitulyasiya simvolu olardı. 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Habek telejurnalistlərə müsahibəsində bildirib ki, Almaniya Rusiya qazına alternativ tapmalı və "qənaətkar olmalıdır”.
Bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin Avropaya qaz tədarükünü artırmaq üçün SA-2-nin işə salınmasını təklif edib. Buna cavab olaraq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sertifikatlaşdırmanın dayandırılması səbəbindən buna etiraz edib.
Alpər