Rusiya Kursk vilayətinə 3 minə yaxın Şimali Koreya əsgərini göndərib. Onlar Ukrayna ilə sərhəddən 50 kilometr aralıda yerləşirlər.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər
verir.
Nəşr Ukrayna kəşfiyyatının nümayəndələrinə istinadən qeyd edir ki, 3 minə yaxın Şimali Koreya əsgəri gizli şəkildə Rusiyanın Uzaq Şərqindən Kursk vilayətinə mülki yük maşınları ilə gətirilib.
Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, 3 min nəfərdən yalnız bir neçə yüz nəfəri xüsusi təyinatlılar, qalanları nizami qoşunlardır. Bazar ertəsi, oktyabrın 28-də onlar Ukrayna sərhədindən təxminən 50 km aralıda kazarmalara yerləşdirilib və orada Rusiya komandanlığından əlavə əmr gözləyirlər.
Ukrayna kəşfiyyat rəsmiləri Şimali Koreyadan gələn əsgərlərin döyüş effektivliyini şübhə altına alıb, əksəriyyətini təcrübəsiz, aşağı rütbəli piyadalar kimi xarakterizə edib.
Kəşfiyyatçıların qeyd etdiyi kimi, Şimali Koreya əsgərləri əvvəllər öz ölkələrini tərk etməyiblər, əsl döyüşlərdə olmayıblar və onların təcrübələri müasir müharibədən çox uzaqdır. Xüsusilə, Şimali Koreya qoşunları Rusiyada ilk dəfə olaraq döyüş meydanında daim istifadə olunan kamikadze dronları görüblər.
Ukrayna rəsmiləri ehtimal edirlər ki, ruslar Şimali koreyalılardan "top yemi” kimi istifadə edəcəklər.
Nizami Bağırov
Şərhlər