Xəbər lenti

Şimali Koreya öz peyklərinin işinə müdaxiləni müharibə elanı sayacaq
Dünya 13:35 02.12.2023

Şimali Koreya öz peyklərinin işinə müdaxiləni müharibə elanı sayacaq

Şimali Koreya öz peyklərinə müdaxiləni müharibə elanı kimi qiymətləndirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat verib.

"Şimali Koreya peyklərinə müdaxilənin müharibə elanı kimi qiymətləndiriləcəyini deyir", deyə "Reuters" yazıb.

Şimali Koreya həmçinin bəyan edib ki, ABŞ-ın kosmik fəaliyyətə hər hansı müdaxiləsinə cavab olaraq, Amerika kəşfiyyat peyklərinin həyat qabiliyyətini aradan qaldıracaq.

Noyabrın 22-də Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) "Mulligen-1" kəşfiyyat peykinin buraxılışından fotoları dərc edib. Daha sonra Şimali Koreya peykin Ağ Evin və Pentaqonun şəkillərini çəkə bildiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->