Sağlamlıq 20:35 17.06.2022

Şimali Koreyada bağırsaq xəstəliyi yayıldı, Kim Çen əmr verdi

Şimali Koreyada naməlum bağırsaq xəstəliyi yayılıb.

Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bu barədə rəsmi KCNA xəbər agentliyi məlumat yayıb.

Sayt xəbər verib ki, ölkə lideri Kim Çen İn karantin tədbirlərinin həyata keçirilməsini əmr edib.

Səhiyyə mütəxəssisləri kəskin bağırsaq epidemiyasının tif və ya xolera ola biləcəyindən şübhələnirlər.

Qeyd edək ki, may ayında milyonlarla insan qızdırmaya tutulandan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Nurlan Hüseynov