Xəbər lenti

İmaməddin Xəlilov dünya reytinq cədvəlinə başçılıq edir
İdman10:25 24.10.2025

İmaməddin Xəlilov dünya reytinq cədvəlinə başçılıq edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Paralimpiya çempionumuz İmaməddin Xəlilov 662,85 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir.
58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356,66 xalla üçüncü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci yerə yüksəlib, Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədə qərarlaşıb.//Apasport.az