Xəbər lenti

İmatahan cavabları bilindi
Ölkə13:30 28.04.2015

İmatahan cavabları bilindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı. 

TQDK-dan Qaynar.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini bu gün açıqlanıb. 

İmtahan nəticələri ilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar. Nəticələr yaxın dəqiqələrdə TQDK-nın internet saytında da yerləşdiriləcək.

Xatırladaq ki, imtahanın ikinci mərhələsi aprelin 26-da keçirilib. 

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2015-ci il mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər

Qaynar.info