Xəbər lenti

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu
Ölkə17:32 18.06.2020

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli rayonunun Xəlfəli kəndində yanğın hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, fermer Ədalət Müzəffər oğlu Quliyevə məxsus fermada yanğın başlayıb.
Hadisə nəticəsində 60 baş iribuynuzlu mal-qara yanaraq məhv olub. Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, 250 baş heyvan xilas edilib.
Faktla bağlı araşdırma aparılır.