
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək imtahanların və tədbirlərin tarixləri elan edib.
Qaynar.info-nun TQDK-nın saytına istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12 və19-da, həmçinin mayın 3-də keçiriləcək.
Bundan başqa, monitorinq imtahanlarının keçirilmə vaxtları da bəlli olub.
Belə ki, regionlarda 6 və 7-ci siniflər üçün monitorinq imtahanları aprelin 6 və 7-də, Bakıda isə aprelin 9 və 10-da olacaq. 11-ci siniflərdə monitorinq imtahanları regionlarda aprelin 20 və 21-də, Bakıda isə 15, 16 və 17-də olacaq.
TQDK-nın təqdim etdiyi siyahını oxuculara təqdim edirik.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
-ərizə qəbulu - 03- 12 fevral
-qəbul imtahanı - 1-ci mərhələ 22 fevral
-proqram seçimi - 01- 10 aprel
-qəbul imtahanı - 2-ci mərhələ 26 aprel
-ixtisaslaşma seçimi - 07- 12 may
-boş qalan yerlərə ixtisaslaşma seçimi - 22- 28 iyun
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
-ərizə qəbulu - 16- 23 fevral
-qəbul imtahanı (1-ci mərhələ) - 15 mart
-qəbul imtahanı (2-ci mərhələ) - 07 iyul
-ixtisaslaşma seçimi - 10- 14 iyul
-boş qalan yerlərə ixtisaslaşma seçimi - 21- 24 iyul
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
-ərizə qəbulu (I- IV qruplar) - 01- 30 aprel
-ərizə qəbulu (V qrup) - 05- 18 may
-qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) - 15– 30 aprel
-qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 06- 19 may
-Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01- 31 mart
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul
-qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may
-qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may
-qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul
-qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul- 05 avqust
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul- 05 avqust
-ixtisas seçimi (I- V qruplar) - 30 iyul- 11 avqust
-boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) - 14- 19 avqust
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
-ərizə qəbulu - 05 – 18 may
-qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 06 – 19 may
-Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01- 31 mart
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 1-ci imtahan - 26 aprel
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 2-ci imtahan - 07 iyul
-qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 15 iyul- 05 avqust
-ixtisas seçimi - 14- 19 avqust
-boş qalan yerlərə ixtisas seçimi - 27- 31 avqust
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
-ərizə qəbulu - 01-31 may
-qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat - 20 may- 02 iyun
-qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 07- 11 iyul
-ixtisas seçimi - 08- 15 iyul
-boş qalan yerlərə ixtisas seçimi - 01- 10 avqust
Buraxılış imtahanları:
-Peşə liseyləri - 15 mart
-1-ci istiqamət (Bakı) - 02 iyun
-2-ci istiqamət (region) - 06 iyun
-3-cü istiqamət (region) - 11 iyun
-4-cü istiqamət (region) - 16 iyun
-Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı:- Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə -
02 iyul
Qaynar.info