Xəbər lenti

Çin bu dəfə fantastik qiymətə hakim transfer edir
İdman09:20 30.04.2018

Çin bu dəfə fantastik qiymətə hakim transfer edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son illərdə tanınmış məşqçilərə və ulduz futbolçulara fantastik məbləğlər ödəyən Çin indi də hakim transfer etməyə başlayır.
Qaynarinfo xəbər verir ki, çinlilər "DÇ-2018"də iş başında olacaq hakimləri araşdırıb və bir neçəsinə transfer təklifi edib. Onlardan biri də məşhur türk FIFA referisi Cüneyt Çakırdır.
42 yaşlı referinin karyerasının son illərində aldığı fantastik məbləğli təklifə müsbət yanaşdığı və qəbul edəcəyi deyilir. İddialara görə, Çakır gələn mövsüm Çin Super Liqasının oyunlarına təyinat alacaq və Türkiyədə işləməyəcək. 
Qeyd edək ki, hakim transferində ilk addımı ötən il Səudiyyə Ərəbistanı atmışdı və məşhur ingils referi Mark Klattenburqla anlaşmışdı.
Aydın