Xəbər lenti

İnam Kərimov Qazaxda gənc ağırlıqqaldıranlarla görüşdü
İdman07:46 04.03.2022

İnam Kərimov Qazaxda gənc ağırlıqqaldıranlarla görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Qazax rayonunda gənc atletlərlə görüşüb.
Federasiyanın Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, görüşdə müxtəlif kəndlərdən olan idmançıların məşq prosesi izlənilib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə olunub.
Bundan əlavə, ağırlıqqaldıranların məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, bu idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.