Çin Dövlət Şurası yanında Tarif Komitəsi ABŞ-dan gətirilən bəzi mallara gömrük rüsumlarının dərəcəsini tənzimləmək qərarı verilib.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda Çin Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.
Mətbuat açıqlamasında qeyd olunur ki, ötən il sentyabrın 1-dən rüsumu 5 faiz olan mallar üçün bu göstərici 2,5 faizə, ixracat üçün isə 10 faiz vergi tutulan məhsullara görə 5 faizə endiriləcək.
Müvafiq dəyişikliklərin cari ilin 14 fevralında qüvvəyə minəcəyi qeyd olunub.
Alpər