Xəbər lenti

Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək
Ekonomiks11:43 27.02.2018

Çindən İtaliyaya gedən qatar Azərbaycandan keçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin sayca mininci yük qatarını Çin-Avropa marşrutu ilə yola salıb.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, qatar Sintszyan-Uyğur muxtar rayonundan yola düşüb.
Azərbaycan ərazisindən keçəcək qatar Xəzər dənizində Ro-Ro tipli gəmi ilə Ələt Beynəlxalq dəniz ticarət limanına gələcək və oradan Gürcüstana yola düşəcək. Qatar vasitəsilə Neapol şəhərinə yük çatdırılacaq.
10,5 min kilometrlik məsafənin 25 günə qət olunacağı nəzərdə tutulur.