Dünya 20:20 12.02.2024

İndoneziyada matç zamanı futbolçu ildırım vurmadan öldü (VİDEO)

İndoneziyada futbol matçı zamanı faciə baş verib.

Qaynarinfo xəbər verir ki, yoldaşlıq görüşü zamanı 35 yaşlı futbolçu Septan Raharcanı ildırım vurub, nəticədə o, həyatını itirib.

Zərbədən huşunu itirən futbolçu meydançaya yıxılıb. Yerli mətbuatın məlumatına görə, idmançı insidentdən sonra hələ nəfəs alırmış və xəstəxanaya aparılsa da, qısa müddət sonra dünyasını dəyişib.
Dəhşətli video sosial şəbəkələrdə yayılıb, futbol azarkeşləri və oyunçular başsağlığı verib.
Bu, İndoneziyada son 12 ayda ikinci belə haldır.

Bundan əvvəl oyun zamanı Yamaykada və Boliviyada da oxşar hadisə olub. Futbolçular dünyasını dəyişib.

Alpər